"Mançester Siti" klubun transfer rekordunu qırıb.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən xəbərinə görə, belə ki, klub Elliot Andersonu "Nottingem Forest"dən 135 milyon avroya transfer edib.
"Mançester Siti"nin açıqlamasında bildirilir ki, iki klub Elliot Andersonun transferi ilə bağlı razılığa gəliblər.
23 yaşlı Anderson hazırda İngiltərə ilə FİFA Dünya Kubokunda yarışır və Kanzasda tibbi müayinədən keçib. Transferin təfərrüatları onun İngiltərəyə qayıtmasından sonra dəqiqləşdiriləcək.
Murad Məmmədli
Bakı 



