• Bakı 25° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Dua Lipa öz kitabxanasını açdı

ŞOU

02 Iyul 2026 | 17:37

Dua Lipa öz kitabxanasını açdı

Müğənni Dua Lipa Portuqaliyanın Porto şəhərində "Manifest kitabxanası" adlı şəxsi kitabxanasının açılışını edib.

Bakıvaxtı.az xəbər verir ki, sənətçinin layihəsi iyunun 27-də "Babell" Beynəlxalq Kitab Festivalı çərçivəsində qapılarını oxucuların üzünə açıb.

Dua Lipa rəhbəri olduğu layihə ilə bağlı bunları deyib:

"Bu kitabxana yox edilməyə məcbur qalan kitabların, hakimiyyət və nəzarət strukturlarını ifşa edən cəsur müəlliflərin, həmçinin hansı kitabı oxuyacağına başqalarının qərar verməsini qəbul etməyən azad oxucuların sığınacağıdır".

Kitabxana şəhərin 120 illik tarixi və məşhur "Livraria Lello" kitab mağazasının daimi bir hissəsi olaraq fəaliyyət göstərəcək.

Qeyd edək ki, bu layihə Dua Lipanın 2021-ci ildə təsis etdiyi "Service95" kitab klubunun ilk fiziki məkanı və növbəti mərhələsi hesab edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR