• Bakı 26° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

"Safari"nin Azərbaycandakı bazar payı 2 dəfədən çox azalıb

DÜNYA

02 Iyul 2026 | 16:47

Safarinin Azərbaycandakı bazar payı 2 dəfədən çox azalıb

Bu ilin iyun ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihaz, planşet) "Chrome" brauzerinin bazar payı 80,28 % təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu, may ayına nisbətən 0,76 faiz bəndi, 2025-ci ilin iyun ayının göstəricisi ilə müqayisədə isə 4,1 faiz bəndi azdır.

İkinci pillədəki "Safari"nin bazar payı aylıq 1,18 faiz bəndi, il ərzində isə 0,21 faiz bəndi artaraq 7,07 % olub. Onun bazar payı ardıcıl olaraq 3-cü aydır azalır (ümumi azalma 2,1 dəfə olub)

Növbəti yerdə qərarlaşan "Firefox"un bazar payı aylıq 2,45 faiz bəndi, il ərzində isə 4,53 faiz bəndi artaraq 5,04 % təşkil edib.

Dördüncü yerdəki "Samsung Internet"in bazar payı ay ərzində 1,16 faiz bəndi, illik müqayisədə isə 1,73 faiz bəndi artaraq 4,56 % təşkil edib.

İlk beşliyi qapadan "Edge"nin bazar payı aylıq 0,07 faiz bəndi, il ərzində isə 0,33 faiz bəndi artaraq 1,51 % olub.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"Chrome" – 81,14 % (aylıq 4,94 faiz bəndi az və illik 0,38 faiz bəndi çox);

"Firefox" – 10,23 % (aylıq 5,47 faiz bəndi və illik 8,29 faiz bəndi çox);

"Edge" – 3,63 % (aylıq 0,53 faiz bəndi çox və illik 2,37 faiz bəndi az);

"Opera" – 1,64 % (aylıq 0,54 faiz bəndi və illik 3,13 faiz bəndi az);

"Safari" – 0,55 % (aylıq 0,32 faiz bəndi və illik 1,69 faiz bəndi az);

Mobil cihazlarda:

"Chrome" – 79,68 % (aylıq 2,81 faiz bəndi çox və illik 5,67 faiz bəndi az);

"Safari" – 11,6 % (aylıq 2,83 faiz bəndi az və illik 3,19 faiz bəndi çox);

"Samsung Internet" – 6,14 % (aylıq 1,34 faiz bəndi və illik 2,63 faiz bəndi çox);

"Firefox" – 1,46 % (aylıq 0,67 faiz bəndi və illik 1,28 faiz bəndi çox);

"Opera" – 0,63 % (aylıq 0,91 faiz bəndi və illik 0,59 faiz bəndi az);

Planşetlərdə:

"Chrome" – 82,62 % (aylıq 4,12 faiz bəndi və illik 12,89 faiz bəndi çox);

"Android" – 6,21 % (aylıq 0,84 faiz bəndi çox və illik 5,34 faiz bəndi az);

"Safari" – 5,41 % (aylıq 3,12 faiz bəndi və illik 10,54 faiz bəndi az);

"Opera" – 0,79 % (aylıq 0,44 faiz bəndi və 0,49 faiz bəndi az);

"Yandex Browser" – 0,29 % (aylıq 0,60 faiz bəndi və illik 1,06 faiz bəndi az);


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR