• Bakı 26° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Azərbaycan və İsveçrə mərkəzi bankları əməkdaşlığın genişləndirilməsini müzakirə edib

İQTİSADİYYAT

02 Iyul 2026 | 16:07

Azərbaycan və İsveçrə mərkəzi bankları əməkdaşlığın genişləndirilməsini müzakirə edib

 Azərbaycan və İsveçrə mərkəzi bankları ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

Bakıvaxtı.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkəndə işgüzar səfər çərçivəsində İsveçrə Mərkəzi Bankının sədri Martin Şlegel, İsveçrə Beynəlxalq Maliyyə Məsələləri üzrə Dövlət Katibliyinin dövlət katibi Kristof Koniq və İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin dövlət katibi Pyetro Lazzerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan və İsveçrə mərkəzi bankları arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətindən məmnunluq ifadə olunub, qlobal və regional iqtisadi proseslər, ölkədə mövcud makroiqtisadi vəziyyət və maliyyə sektorunun inkişaf dinamikası ətrafında fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR