• Bakı 26° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Türkiyə sahillərində güclü zəlzələ olub

DÜNYA

02 Iyul 2026 | 15:56

Türkiyə sahillərində güclü zəlzələ olub

Türkiyədə, Aralıq dənizi akvatoriyasında 5.3 bal gücündə zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 14:06-da (Bakı vaxtı ilə saat 15:06 - red.) qeydə alınıb.

Seysmik hadisənin episentri Türkiyənin Muğla bölgəsinin Datça rayonundan 137 kilometr aralıda olub.

Zəlzələnin ocağı 19.87 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntı barədə məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR