“Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır”.
Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadənin qızı Xatirə xanım deyib.
O qeyd edib ki, tibbi proseslər davam edir.
“Şairin yaddaşı, qidalanması qaydasındadırmı?” sualına övladı kövrək cavab verdi:
“Gəlin bu barədə danışmayaq”.
Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə olunur. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə qəbul olunub.
Aydın
Bakı 



