• Bakı 26° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Aİ-nin kursu dəyişir: Azərbaycanın artan rolu

SİYASƏT

02 Iyul 2026 | 16:54

Aİ-nin kursu dəyişir: Azərbaycanın artan rolu

“Avropa İttifaqının Azərbaycana münasibətdə yumşalmasının, əlaqələrdə ciddi dönüş yaranmasının səbəbi Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqlar, yeni status-kvo üzərində təklif olunan əməkdaşlıq imkanlarıdır”.

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında deputat Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, 2020-ci ilədək Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığımız, ticarət dövriyəmiz olub, müəyyən mənada siyasi dialoq da var idi:

“Amma Ermənistanın ərazilərimiz işğalda saxlaması ilə bağlı hər zaman arzuolunan nəticə ortaya qoyulmurdu, regiona münasibətdə ümumi yanaşma sərgilənirdi. İşğalçı Ermənistanla, işğala məruz qalan tərəflər arasında bərabərlik yaratmaq cəhdi var idi. Ancaq 44 günlük Vətən müharibəsindən və tarixi Zəfərdən, xüsusən 2023-cü ildə suverenliyimizin tam bərpasından sonra yaranmış yeni siyasi reallıqlar Avropa İttifaqı tərəfindən kifayət qədər dəyərləndirilməyə başlandı. Liderlər səviyyəsində dialoqun intensiv hal alması, Avropa Komissiyanın sədri Ursula Fon der Lyayendən əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın səfərləri bundan xəbər verir”.

Parlament üzvünə görə, bütün bunlar onu göstərir ki, Avropa İttifaqı və Azərbaycan arasında siyasi dialoq artıq dinamik xarakter alıb:

“Bunun əsasında enerji, iqtisadiyyat, nəqliyyat və s. məsələlər dayanır. Lyayen bu məsələlərə çox böyük dəyər verir. Azərbaycanın yeni reallıqlar fonunda regionda sülh və sabitliyi təmin etməsi yönündə praktiki addımlarını yüksək dəyərləndirir. Ən əsası isə Prezident İlham Əliyevin şəxsi liderliyini vurğulayır”.

Rizvan Nəbiyev, deputat

Müsahibimiz qeyd edib ki, avropalı liderlər belə məsələlərdə adətən çox qənaətcil və qısqanc mövqe sərgiləyirlər. Dediyinə görə, ancaq Fon der Lyayenin heç bir diplomatik ifadədən istifadə etmədən açıq şəkildə Azərbaycan liderinin liderliyini qiymətləndirməsi ikitərəfli münasibətlərə verilən ən yüksək real göstəricidir.

“Mart ayında ölkəmizə səfər etmiş Avropa İttifaqı Şurasının rəhbəri Anronio Koşta da Azərbaycanın Aİ ilə münasibətləri strateji xarakter daşıyır”, -m deyə Rizvan Nəbiyev əlavə edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR