• Bakı 26° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Rusiya Kiyevə kütləvi hücum zamanı 28 ballistik raket tətbiq edib

DÜNYA

02 Iyul 2026 | 14:53

Rusiya Kiyevə kütləvi hücum zamanı 28 ballistik raket tətbiq edib

Kiyevə iyulun 2-nə keçən gecə kütləvi hücum zamanı Rusiya qoşunları 28 ballistik raket tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının Kommunikasiyalar İdarəsinin rəisi Yuri İqnat bildirib.

Bildirilib ki, onları yalnız "Patriot" zenit-raket kompleksləri vasitəsilə zərərsizləşdirmək mümkündür.

Onun sözlərinə görə, bu hücum münaqişə başlayandan bəri ən irimiqyaslı hücumlardan biri olub. Rusiya qoşunları zərbələr üçün "İsgəndər-M", "Sirkon" ballistik raketlərindən, həmçinin yerüstü hədəfləri vurmaq üçün tətbiq edilən "S-400" zenit raketlərindən istifadə edib.

İqnat qeyd edib ki, Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemi üçün ən ciddi çağırış məhz ballistik raketlərdir, çünki onları yalnız "Patriot" kompleksləri zərərsizləşdirə bilir.

Onun sözlərinə görə, Ukrayna HHM-nin qanadlı raketləri məhv etmə səmərəliliyi təxmini 100 %, pilotsuz uçuş aparatlarını (PUA) isə 90 %-dən çoxdur.

Qeyd edək ki, iyulun 2-nə keçən gecə Rusiya qoşunları PUA və raketlərin tətbiqi ilə Kiyevə silsilə zərbələr endirib. Hücum nəticəsində azı 18 nəfər ölüb, azı 85 nəfər isə yaralanıb. Faciə ilə əlaqədar olaraq iyulun 3-ü Kiyevdə matəm günü elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR