İranın sabiq ali rəhbəri Ayətullah Əli Xamenei ilə vida mərasimində 100-ə yaxın xarici dövlətin nümayəndə heyəti iştirak edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı İRİB telekanalına istinadən İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai açıqlayıb.
Bildirilib ki, iyulun 3-ü səhər saatlarında vida mərasimi geniş ictimaiyyətin iştirakı ilə baş tutacaq, günün ikinci yarısında isə rəsmi xarici nümayəndə heyətləri mərasimə qoşulacaqlar.
İran XİN-in məlumatına görə, gələn qonaqlar arasında dövlət başçıları, parlament sədrləri, xarici işlər nazirləri, hökumətlərin xüsusi nümayəndələri, eləcə də tanınmış siyasi və ictimai xadimlər yer alacaq.
Bakı 



