• Bakı 25° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Azərbaycanda mobil cihazların bazar payı azalıb

İQTİSADİYYAT

02 Iyul 2026 | 18:00

Azərbaycanda mobil cihazların bazar payı azalıb

Bu ilin iyun ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 58,84 % təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bu, may ayına nisbətən 4,62 faiz bəndi çox, 2025-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə 21,65 faiz bəndi azdır. Mobil cihazların bazar payı illik ifadədə 27 % azalıb.

Kompüterlərin bazar payı ay ərzində 4,53 faiz bəndi azalaraq, illik müqayisədə isə 21,91 faiz bəndi artaraq 40,82 % olub.

İyunda planşetlərin bazar payı 0,34 % təşkil edib. Bu göstərici ay ərzində 0,09 faiz bəndi, bir il əvvələ nisbətən isə 0,26 faiz bəndi azalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR