• Bakı 13° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

"Zirə" "Turan Tovuz"u məğlub edib

İDMAN

03 Aprel 2026 | 19:54

Zirə Turan Tovuzu məğlub edib

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, "Turan Tovuz" "Zirə" ilə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan matçda "Zirə" qələbə qazanıb - 2:0.

Qolları Eren Aydın (55) və Leroy Mikels (88) rəqib qapısından keçiriblər.

Bu gün daha bir görüş baş tutacaq. Turnirin son qalibi "Sabah" "Qarabağ"la münasibətlərə aydınlıq gətirəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Xatırladaq ki, raundun cavab matçları aprelin 21-22-də keçiriləcək.


SON XƏBƏRLƏR