q
  • Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Bakı Marafonunda idman ruhu və dəstək hiss olunur – Rusiyadan olan iştirakçı

İDMAN

03 May 2026 | 13:43

Bakı Marafonunda idman ruhu və dəstək hiss olunur – Rusiyadan olan iştirakçı

"Bakı Marafonu 2026"da idman ruhu və dəstək aydın hiss olunur.

Bakıvaxtı.az xəbər verir ki, bunu bazar günü Trend-ə Rusiyadan olan iştirakçı Yelena Tolstıx deyib.

"Mən ilk dəfə Azərbaycana gəlmişəm və Bakı Marafonunda iştirak edirəm. Ümumilikdə təəssüratlarım yaxşıdır, atmosfer çox istidir. İnsanlar mehribandır, idman ruhu və dəstək hiss olunur", - deyə o bildirib.

Rusiyalı iştirakçı qeyd edib ki, məsafədən maraqlı bir qaçış və, əlbəttə, yeni emosiyalar gözləyir.

"Ayrıca bir amil küləkdir, deyildiyinə görə, bu, müəyyən çətinlik yarada bilər, amma bu da marafon təcrübəsinin bir hissəsidir. Ümumilikdə isə buraya gəldiyimə və burada iştirak etdiyimə görə şadam", - deyə o əlavə edib.


SON XƏBƏRLƏR

02 May 2026