• Bakı 17° C

    17.22 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Minifutbol millimiz 1/4-də!

İDMAN

02 Iyun 2026 | 09:02

Minifutbol millimiz 1/4-də!

Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final oyununa bu axşam çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Çexiya ilə üz-üzə gələcək.

Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Cütün qalibi yarımfinalda Rumıniya - Serbiya duelinin güclüsü ilə görüşəcək.

1/4 finalda həmçinin Macarıstan - Bolqarıstan və Gürcüstan - Ukrayna oyunları baş tutacaq.

Xatırladaq ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasından güclü olub - 3:2. Komanda F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.


SON XƏBƏRLƏR

01 Iyun 2026