Son günlər yağmış güclü yağışlardan sonra ölkənin bir sıra bölgələrindən Aqrar Sığorta Fonduna zərər müraciətləri daxil olmağa başlayıb.
Bakıvaxtı.az Fonda istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin üzvü Roman Əmircanov bildirib.
Onun sözlərinə görə müraciətlər Xaçmaz, Şabran, Quba, Qusar, Siyəzən, Şamaxı, Ağsu, Qobustan, Ağcabədi və sair rayonlardan daxil olur: "Müraciətlər qeydə alınır, hadisənin araşdırılması və dəymiş zərərlərin hesablanması üçün ərazilərə aqrar sığorta ekspertləri göndərilir".
R.Əmircanov xatırladıb ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalayır: "Fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısını dövlət ödəyir, nəticədə cüzi məbləğlə təsərrüfatları və əkin sahələrini sığortalamaq mümkündür".
Bakı 




