• Bakı 13° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

 "Qarabağ" - "Sabah" matçında dörd qol vuruldu

İDMAN

03 Aprel 2026 | 22:03

 Qarabağ - Sabah matçında dörd qol vuruldu

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində daha bir matç baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, "Qarabağ" "Sabah"la üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş heç-heçə bitib - 2:2.

"Qarabağ"ın heyətində 29 və 60-cı dəqiqələrdə Kadi Borges fərqlənib. "Sabah"dan isə Umarali Raxmonaliyev (23, 65-p.) dubla imza atıb.


SON XƏBƏRLƏR