• Bakı C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 2.0167

    RUB - 2.2015

Çin Kanada və Britaniya üçün müvəqqəti vizasız rejim tətbiq edir

DÜNYA

15 Fevral 2026 | 16:34

Çin Kanada və Britaniya üçün müvəqqəti vizasız rejim tətbiq edir

Çin 17 fevral 2026-cı il tarixindən etibarən Kanada və Böyük Britaniya pasportlarının sahibləri üçün vizasız rejim tətbiq edəcək. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi sözçüsünün açıqlamasında bildirilib.

Yuxarıda adı çəkilən ölkələrin vətəndaşları Çinə 30 günə qədər vizasız daxil ola biləcəklər. Bu icazə işgüzar səfərlər, turizm, qohum və dostları ziyarət etmək, mübadilə və tranzit üçün keçərlidir.

Bu addım 31 dekabr 2026-cı ilə qədər sınaq rejimində olacaq.

Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, qərar üç ölkənin vətəndaşları arasında mübadiləni daha da sadələşdirmək üçün verilib və Kanada və Böyük Britaniya liderlərinin Çinə səfərləri zamanı əldə edilən razılaşmaların həyata keçirilməsinin nəticəsidir. 

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

14 Fevral 2026