Çinin Wuhan şəhərində xəstəxanada MRT müayinəsinə girən kişi 20 dəqiqəlik prosedur əvəzinə səhvən 6 saat cihazda bağlı vəziyyətdə qalıb.
Bakıvaxtı.az xəbər verir ki, MRT-yə yerləşdirilən pasiyent növbə dəyişimi zamanı həkimin müayinəni tamamlanmış kimi qeyd etməsi və digər əməkdaşın bunu yoxlamaması səbəbindən cihazda unudulub.
Qeyd olunur ki, Tanq soyadlı şəxs boyun ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib.
Pasiyent yalnız səhər saatlarında təmizlik işçisinin səsini eşidib xəbər verməsi ilə azad edilib. Hadisə ilə bağlı xəstəxana məsul şəxslərin işdən uzaqlaşdırıldığını, prosedurların yenidən nəzərdən keçirildiyini və pasiyentdən üzr istənildiyini açıqlayıb./Unikal
Bakı 




