• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

KİV: ABŞ və İran arasında ixtilaflar azalıb

DÜNYA

16 Aprel 2026 | 13:18 | Müəllif: Əli Hüseynov

KİV: ABŞ və İran arasında ixtilaflar azalıb

Pakistan ordusunun komandanı Asim Munirin Tehrana səfəri bəzi məsələlərdə ABŞ və İran arasında ixtilafların azalmasına səbəb olub, amma fundamental fərqlər hələ də qalmaqdadır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın yüksək səviyyəli rəsmisi “Reuters“ə açıqlamasında deyib.

    İranlı rəsmi atəşkəsin uzadılması və ABŞ-la danışıqların ikinci raundunun keçirilməsi üçün daha çox ümid yarandığını əlavə edib.

    “İranın yüksək həddə zənginləşdirilmiş uranı və nüvə məhdudiyyətlərinin müddəti ən problemli mövzular arasındadır və bunlar üçün heç bir həll yolu tapılmayıb”,- anonim rəsmi bildirib.

    Qeyd edək ki, İran və ABŞ ötən həftə İslamabadda 21 saatlıq danışıqlar aparıb və bu danışıqlar nəticəsiz qalıb.

    İran ABŞ-ın tələblərinin həddən artıq olduğunu əsas gətirərək şərtləri qəbul etməyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Noyabr 2026