• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənistanda bıçaqlanan şəxs generalın nəvəsi imiş

DÜNYA

15 May 2026 | 21:22 | Müəllif: Subhan Mahmudov

Ermənistanda bıçaqlanan şəxs generalın nəvəsi imiş

Ermənistanda Eçmiədzində baş verən silahlı və bıçaqlı insidentin təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, mayın 14-də baş vermiş hadisədə bıçaqla yaralanan 15 yaşlı Seyran Poqosyan generalın nəvəsidir. 

Belə ki, o, Manvel Qriqoryanın qızı, keçmiş hakim Naira Qriqoryanın oğludur.

Poqosyan bıçaqlandıqdan sonra hadisəni törədənlər havaya bir neçə dəfə atəş açıblar. 

Eçmiədzindəki Spandaryan küçəsində aparılan əməliyyat və istintaq tədbirləri nəticəsində iki 18 yaşlı yerli sakinlər xuliqanlıq şübhəsi ilə saxlanılaraq polis bölməsinə aparılıb. İnsidentin mübahisədən sonra yaşandığı qeyd edilir. 

Hadisə ilə bağlı bütün şəxslərin müəyyən edilməsi və saxlanılması üçün tədbirlər görülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026