• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Rusiyadan Ermənistana İQTİSADİ TƏZYİQ

DÜNYA

14 Iyun 2026 | 19:00

Rusiyadan Ermənistana İQTİSADİ TƏZYİQ

Rusiya Ermənistandan əlavə ərzaq idxalını qadağan edib, çünki Ermənistan hökuməti yeni ixrac bazarları axtaran yerli fermerlərə, aqrobizneslərə və içki istehsalçılarına artan maliyyə yardımı təklif edib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, səhiyyə problemlərini əsas gətirən Rusiya hakimiyyəti, 7 iyun parlament seçkilərindən əvvəl Ermənistandan milyonlarla dollar dəyərində təzə meyvə-tərəvəz, mineral su, çiçək, balıq və müəyyən spirtli içkilərin idxalını dayandırıb. Dövlət kənd təsərrüfatı monitorinqi agentliyi Rosselxoznadzor embarqonun karantin nəzarətinə məruz qalan bütün digər məhsullara şamil edildiyini bildirib. O, Cənubi Qafqaz ölkəsindən idxal edilən qoz-fındıq, quru şaftalı və pomidorlarda təhlükəli zərərvericilər aşkar etdiyini iddia edib.

Avropa İttifaqı Rusiyanın embarqosunu pisləyərək bildirib ki, Moskva Ermənistana qarşı iqtisadi münasibətlərdən siyasi təzyiq silahı kimi istifadə edir. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də İrəvana 50 milyon avro (58 milyon dollar) təcili iqtisadi yardım ayıracağını açıqlayıb və Aİ-nin bazarını müəyyən Ermənistan məhsullarına, xüsusən də kənd təsərrüfatı-ərzaq məhsullarına açacağını bəyan edib.

Ermənistanın Rusiyaya kənd təsərrüfatı ixracatı da son 10-15 ildə sürətlə artıb. Rusiya rəsmilərinin sözlərinə görə, ötən il onların ümumi həcmi 700 milyon dollardan çox olub. Ermənistanın Rusiyaya ümumi ixracı təxminən 3 milyard dollara çatıb ki, bu da Aİ üzv ölkələrinə ixrac edilən 667 milyon dollarlıq malla müqayisədə çoxdur.

Ermənistanın baş naziri Nikol Paşinyan isə Rusiyanın qadağalarının aradan qaldırmasına malışacağını vurğulayıb. .

Lakin rəsmi seçki nəticələri hakim partiyaya qələbə qazandırdığından, Moskva İrəvana iqtisadi təzyiqi azaltmaq üçün heç bir əlamət göstərməyib.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Iyun 2026