• Bakı 29° C

    6.63 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Ölkələr səyahət qaydalarını sərtləşdirir - Ebola riskinə görə

DÜNYA

14 Iyul 2026 | 17:01

Ölkələr səyahət qaydalarını sərtləşdirir - Ebola riskinə görə

Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikasında (KDR) Ebola epidemiyasını beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti elan etdi.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu qərar hökumətləri səyahətlə bağlı məhdudiyyət tədbirlərini gücləndirməyə sövq edib. 

Belə ki, müxtəlif ölkələr yoxlama addımlarını və səyahət məhdudiyyətlərini, eləcə də aviaşirkətlər tərəfindən görülən tədbirlərdə dəyişikliklər edib. 

ABŞ Konqodakı amerika vətəndaşlarının kommersiya reysləri ilə ABŞ-yə qayıtmasının qarşısını alır. Hətta son səyahət edənlər üçüncü ölkədə ən azı 21 gün qalana qədər "uçuş qadağandır" siyahısına salınıb.

Vaşinqton həmçinin Konqo Demokratik Respublikası, Uqanda və ya Cənubi Sudana səyahət etmiş qeyri-vətəndaşların ölkəyə girişini qadağan edib.

Kanada hökuməti Konqo, Uqanda və Cənubi Sudan sakinlərinin 27 maydan etibarən 90 gün ərzində Kanadaya girişini qadağan edib.

İordaniya hökuməti Konqo və Uqandadan gələn səyahətçilərin ölkəyə girişini dayandırıb.

Bəhreyn Cənubi Sudan, Konqo və Uqandadan gələn xarici səyahətçilərin ölkəyə girişini 30 gün müddətinə dayandırdığını bildirib.

Hindistan hava limanlarında və digər giriş məntəqələrində yoxlama və nəzarət tədbirlərinə başlanılıb. Həmçinin vətəndaşlar, Uqanda və Cənubi Sudana vacib olmayan səyahətlərdən çəkinməyə çağırılıb.

Taylandın Səhiyyə Nazirliyi bildirib ki, Konqo və Uqandadan gələn sərnişinlər yalnız Suvarnabhumi hava limanı vasitəsilə ölkəyə daxil ola biləcəklər və orada yoxlamadan keçəcəklər. Həmin ölkələrdən gələn və ya həmin ölkələrdən keçən səyahətçilər simptomları olmadıqda ən azı 21 gün karantində qalmalı və Ebola virusu xəstəliyinə uyğun simptomları olduqda ən azı 21 gün təcrid olunmalıdırlar.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR