Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.
Bakıvaxtı.az xəbər verir ki, Ermənistan mediasının xəbərinə görə, Baş nazir Nikol Paşinyan bununla bağlı fərman imzalayıb.
Alen Simonyan bu vəzifədə Armen Qriqoryanı əvəz edəcək.
Qeyd edək ki, Alen Simonyan daha əvvəl Ermənistan parlamentinin sədri olub.
***
11:45
Ermənistan Baş naziri Nikol Paşinyan iyunda baş tutan seçkilərdən sonra vəzifədən kənarda qalan parlamentin spikeri Alen Simonyanı yeni posta təyin etmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “MakaryanNews” onlayn resursu yayıb.
Bildirilib ki, Paşinyan Simonyan üçün Təhlükəsizlik Şurasının katibi postunu nəzərdə tutub:
“Paşinyan Alen Simonyana əvvəlki statusuna uyğun gələn vəzifə tapıb və tezliklə onu kifayət qədər nüfuzlu posta – Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edəcək”.
Məlumata görə, hakimiyyət orqanlarında bunun Baş nazirin Simonyana toy hədiyyəsi olacağı barədə zarafatlar dolaşır.
Qeyd edək ki, hazırda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryandır. O, 8 ildir bu vəzifədədir.
Bakı 



