• Bakı 30° C

    4.72 m/s

Bakıda mağazadakı yanğın evlərə keçdi

HADİSƏ

13 Avqust 2026 | 09:13

Bakıda mağazadakı yanğın evlərə keçdi

Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində obyektdə yanğın olub.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 360kv.m. olan obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində obyektin tavanı, içərisində sarj avadanlıqları, 4 ədəd velosiped, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 38kv.m. olan ikiotaqlı mənzilin döşəməsi 12kv.m sahədə və ümumi sahəsi 75kv.m. olan digər ikiotaqlı mənzilin döşəməsi 9kv.m. sahədə yanıb.

    Obyektin və və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    12 Avqust 2026