• Bakı 27° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Azərbaycan və Çin tərəfi biznes əlaqələrinin perspektivlərini müzakirə edib

İQTİSADİYYAT

12 Avqust 2026 | 20:45

Azərbaycan və Çin tərəfi biznes əlaqələrinin perspektivlərini müzakirə edib

Azərbaycanla Çin arasında biznes əlaqələrinin perspektivləri müzakirə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında "Xinjiang Joinworld Co., Ltd." şirkətinin baş direktorunun müavini ilə görüşünə dair paylaşımında bildirib.

"Çinin alüminium və metallurgiya texnologiyaları sahəsində fəaliyyət göstərən "Xinjiang Joinworld Co., Ltd." şirkətinin baş direktorunun müavini Ma Bin ilə görüşümüzdə ölkəmizlə Çin arasında biznes əlaqələrinin şaxələnməsini və əməkdaşlıq perspektivlərini vurğuladıq.

Birgə layihələrin icrası, müasir texnologiyaların, innovasiyaların və nou-haunun tətbiqi, eləcə də təcrübə transferi məsələlərini müzakirə etdik", - o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR