• Bakı 28° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Kolumbiyada zəlzələ nəticəsində 75 ispan itkin düşüb

DÜNYA

12 Avqust 2026 | 18:50

Kolumbiyada zəlzələ nəticəsində 75 ispan itkin düşüb

Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələ nəticəsində 75 ispan itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda nazir Xose Manuel Albaresin sözlərinə istinadla bildirilib.

"Hazırda nazirliyə İspaniya vətəndaşları arasında zəlzələ nəticəsində xəsarət alanlar və ya həlak olanlar barədə heç nə məlum deyil, hələlik əlaqə qurulması mümkün olmayan ispan icması sakinlərinin sayı isə 75 nəfərdir", - məlumatda qeyd olunub.

Onun sözlərinə görə, İspaniyanın Beynəlxalq İnkişaf Agentliyi (AECID) Kolumbiyaya kömək göstərilməsi üçün 1 milyon avro məbləğində ilkin yardım paketi təqdim edir.

Qeyd edək ki, Kolumbiyadakı zəlzələ səbəbindən azı 254 nəfər ölüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR