• Bakı 28° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

“Dinamo”nun hücumçusu: “Qarabağ”a qarşı ciddi hazırlaşmışıq

İDMAN

12 Avqust 2026 | 19:31

“Dinamo”nun hücumçusu: “Qarabağ”a qarşı ciddi hazırlaşmışıq

“Düşünürəm ki, oyun çətin olacaq. Əsas məqsədimiz qələbə qazanmaqdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Kiyev “Dinamo”sunun hücumçusu Matviy Ponomarenko UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçiriləcək cavab oyununda öncə mətbuat konfransında deyib.

Ukraynalı futbolçu Azərbaycan təmsilçisi ilə qarşılaşmanın onlara əlavə motivasiya verdiyini bildirib:

“Əlbəttə, ötən mövsüm “Qarabağ”ı izləmişəm. Maraqlı və çətin oyun gözləyirik. Ciddi hazırlaşmışıq. Tezliklə meydana çıxacağıq və stadionla tanış olacağıq. Düşünürəm ki, yaxşı oyun olacaq”.

Qeyd edək ki, “Qarabağ” - “Dinamo” cavab qarşılaşması avqustun 13-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. İlk matçda Kiyev təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

Bu cütün qalibi pley-off mərhələsində “Tvente” (Niderland) - DAK (Slovakiya) duelinin güclüsü ilə üz-üzə gələcək. İlk görüşdə “Tvente” 6:0 hesablı qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR