• Bakı 23° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

“Fənərbağça”nın baş məşqçisi istefa verdi

İDMAN

11 Sentyabr 2026 | 00:28 | Müəllif: Subhan Mahmudov

“Fənərbağça”nın baş məşqçisi istefa verdi

Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi İsmayıl Kartal istefa verib.

Bakıvaxtı.az xəbər verir ki, 65 yaşlı mütəxəssis qərarını UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda İstanbulda İtaliyanın "Roma" komandası ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında açıqlayıb.

O, bir daha qayıtmamaq şərti ilə vəzifəsindən ayrıldığını açıqlayıb.

Qeyd edək ki, İsmayıl Kartal cari mövsümün əvvəlində "Fənərbağça"nın sükanı arxasına keçmişdi. Təcrübəli mütəxəssis 2014-2015, 2022, 2023-2024-cü illərdə də İstanbul klubuna başçılıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR