• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yamal Arda Gülerin rekordunu qırdı

İDMAN

10 Sentyabr 2026 | 22:13 | Müəllif: Subhan Mahmudov

Yamal Arda Gülerin rekordunu qırdı

“Barselona”nın vingeri Lamin Yamal UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Feyenoord”la oyunda möhtəşəm cərimə zərbəsi ilə qolu vurub.

Bakıvaxtı.az xəbər verir ki, ispaniyalı futbolçu Rotterdam təmsilçisinin qapısına ikinci hissənin sonlarında yol tapıb.

“Opta”nın məlumatına görə, 19 yaşlı Yamal bununla yeni rekorda imza atıb. O, La Liqa klubları arasında Çempionlar Liqasında birbaşa cərimə zərbəsindən qol vuran ən gənc futbolçu olub. Bununla da “Real”ın yarımmüdafiəçisi Arda Gülərin əvvəlki rekordunu geridə qoyub.

Qeyd edək ki, Hansi Flikin komandası “Feyenoord”u 5:1 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026