• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Çalışacağıq ki, yaxşı nəticə əldə edək” - Video

İDMAN

12 Avqust 2026 | 14:10 | Müəllif: Əli Hüseynov

“Çalışacağıq ki, yaxşı nəticə əldə edək” - Video

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirəcəkləri cavab görüşündən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, o, matça yaxşı hazırlaşdıqlarını bildirib.

“Əvvəlcə dünənki qələbə münasibətilə “Sabah”ı təbrik edirəm. Çempionlar Liqasında da uğurlar arzulayıram. Böyük uğurdur, buna ancaq sevinməliyik. Özümüzə gəldikdə, pis hazırlaşmamışıq. Bir neçə gün yaxşı vaxtımız oldu, səmərəli istifadə edə bildik. 0:1 geridə olsaq da, çalışacağıq ki, yaxşı nəticə əldə edək. İnanıram ki, futbolçular oyuna tam köklənəcəklər. Qarşımızda yaxşı müdafiə olunan rəqib var, amma inanıram ki, yaxşı nəticə üçün futbolçular ən yaxşısını əldə edəcəklər”, - Q.Qurbanov qeyd edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026