Yevlaxın Salahlı kəndi yaxınlığından keçən avtomagistralda baş verən qəza nəticəsində 3 nəfər yaralı xəstəxanaya çatdırılıb.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, yaralılardan iki nəfər hadisə yerində ölüb.
Onların kimliyi dəqiqləşdirilir.
***
19:58
Yevlaxda ağır yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Salahlı kəndi yaxınlığından keçən avtomagistralda baş verib.
İlkin məlumata görə, qəza zamanı "Mersedes" və "Naz lifan" markalı avtomobillər toqquşub.
Qəza zamanı ölənlər və yaralananlar var.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



