• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Tümendən Bakıya uçan "UTair" təyyarəsi Ufada məcburi eniş edib

DÜNYA

12 Avqust 2026 | 21:26 | Müəllif: Gülşən Şərif

Tümendən Bakıya uçan "UTair" təyyarəsi Ufada məcburi eniş edib

Rusiyada "UTair" aviaşirkətinə məxsus, Tümendən Bakıya uçuş həyata keçirən təyyarə texniki səbəbdən Ufada məcburi eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, 12 avqust saat 21:15 radələrində yerli vaxtla (Bakı vaxtı ilə 20:15) təyyarə "Ufa" beynəlxalq hava limanına enib. Ekipaj texniki səbəbdən marşrutdan kənara çıxmaq qərarına gəlib.

Eniş normal rejimdə həyata keçirilib. Nəqliyyat Prokurorluğu nəzarət tədbirləri təşkil edib və sərnişinlərin hüquqlarına riayət olunmasına nəzarət edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026