Türkiyənin “Fənərbağça” klubu heyətini ulduz futbolçu ilə gücləndirib.
Bakıvaxtı.az xəbər verir ki, İstanbul təmsilçisi belçikalı hücumçu Romelu Lukakunun transferini rəsmiləşdirib.
33 yaşlı futbolçu müqavilə imzalamaq və tibbi müayinədən keçmək üçün İstanbula gəlir.
Lukaku son olaraq İtaliyanın “Napoli” klubunun formasını geyinib.
Qeyd edək ki, belçikalı forvard karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter”, “Roma” və “Napoli” kimi klublarda çıxış edib.
Bakı 



