• Bakı 18° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Məşhur klubun avtobusundan 86 kq marixuana çıxdı

DÜNYA

12 Avqust 2026 | 20:10 | Müəllif: Gülşən Şərif

Məşhur klubun avtobusundan 86 kq marixuana çıxdı

Boliviya polisi Braziliyanın “San Paulo” futbol klubuna məxsus avtobusu saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, avtobusda 86 kiloqram marixuana olub.

Bu barədə Boliviya mediası məlumat yayıb. Bildirilir ki, avtobus Braziliya klubunun futbolçularını Cənubi Amerika Kuboku matçı üçün “Santa Kruz”la (Boliviya) səfər oyununa aparırmış.

Qeyd olunur ki, “San-Paulo” nümayəndə heyətinin hadisə ilə heç bir əlaqəsi olmayıb. Futbol avtobusunda narkotik daşımaq cəhdinə görə üç nəfər həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR