Kann şəhərində naməlum şəxslər Səudiyyə Ərəbistanı şahzadəsinə məxsus təxminən 500 min avro dəyərində olan lüks və zinət əşyalarını oğurlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə polisdəki mənbəyə istinadən "Le Figaro" qəzeti məlumat yayıb.
Nəşrin məlumatında bildirilir ki, bazar günü axşam saatlarında Dənizkənarı Alplar departamentinin Kann şəhərində Səudiyyə şahzadəsinin evindən təqribən yarım milyon avro dəyərində qiymətli çantalar və ləl-cəvahiratı oğurlanıb. Hadisə zamanı ev sahibləri orada olmayıblar.
Bazar ertəsi gecə saat bir radələrində ailənin şəxsi katibi baş verənlər barədə polisə məlumat verib.
İlkin ehtimallara əsasən, oğrular mənzildə yerləşən seyfi sındırmağa müvəffəq olublar. Aparılan qənimətlərin siyahısına qiymətli dəri məmulatları, ləl-cəvahirat və 8 min avro məbləğində nağd pul daxildir.
Hüquq-mühafizə orqanları şübhəli şəxslərin kimliyini hələ müəyyənləşdirə bilməyib. Zərərçəkən Səudiyyə şahzadəsinin kimliyi isə ictimaiyyətdən gizli saxlanılır.
Bakı 



