• Bakı 30° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9622

    RUB - 2.0605

Meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar - Video

HADİSƏ

12 Avqust 2026 | 11:39

Meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar - Video

Lənkəranda meşədən meyitləri tapılan 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Mirzəyevanın əminəvəsi olduğu məlum olub. 

Bakıvaxtı.az Baku TV-yə istinadən xəbər verir ki, X.Mirzəyevin atası Vurğun Mirzəyev oğlu ilə evdən çıxan gün danışdığını bildirib.

“Zəng etmişdim, dedi Lənkərana gedirəm. Nəsə problem olduğunu soruşdum, dedi salamatçılıqdır, anam oradadır, yanına gedirəm. Üstündən bir gün keçdi, ona zəng çatmadı.

Eşitdim ki, uşaqlar yoxdur. Dedilər Bakıya gediblər. Dünən xəbər çatdı ki, meyitlərini tapıblar...”, - mərhumun atası bildirib.

Qeyd edək ki, meyitlər Pataloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra onların ölüm səbəbləri məlum olacaq. 

Xatırladaq ki, 6 gün əvvəl evdən çıxmış gənclərin meyitləri ötən gün Lənkəranın “İbadi” deyilən meşəlik ərazisində tapılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Avqust 2026