• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

60 yaşlı kişini tok vurub öldürdü

HADİSƏ

10 Sentyabr 2026 | 23:19 | Müəllif: Subhan Mahmudov

60 yaşlı kişini tok vurub öldürdü

Ağdaş sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Pirəzə kəndində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Nazim Məmmədovu yaşadığı evin həyətində elektrik cərəyanı vurub.

60 yaşlı kişi aldığı xəsarətlərdən elə hadisə yerində keçinib.

İlkin ehtimala görə, N. Məmmədov çənə su doldurmaq istəyərkən hadisə baş verib.

Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb./Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026