Avqustun 12-də Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Təhməz Natiq oğlu Abdullayevin meyiti tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1.5 km aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
12.08.2026, 20:18
Mingəçevirdə dənizdə batan Təhməz Abdullayev Naxçıvan Dövlət Universitetinin məzunu imiş.
Bu barədə hadisə yerinə gələn ailənin dostuSərvər ƏliyevBakıvaxtı.az-ın əməkdaşına məlumat verib.
Onun sözlərinə görə, əslən Gədəbəy rayonundan olan 2005-ci il təvəllüdıü Təhməz Abdullayev Naxçıvan Dövlət Universitetindən məzun olduqdan sonra Gəncədəki ali məktəblərdən birinin magistratura bölməsinə qəbul olunubmuş.
Ailədə iki qardaş, bir bacıdırlar.
Əldə etdiyimiz məlumata görə, o, Mingəçevirə çimərliyə istirahətə, həm də dostlarından birinin ad gününü qeyd etməyə gəlibmiş.
Qeyd edək ki, Təhməz çimdiyi zaman əlində şar olub. Şar suda əlindən çıxarkən onu tutmaq üçün üzməyə başlayıb və batıb.
Hazırda onun axtarışları davam edir
Murad İsmayıl
***
18:08
Mingəçevir su anbarının “6-cı buxta” adlanan çimərlik ərazisində batan şəxsin kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində suda batan şəxsin 2005-ci il təvəllüdlü Abdullayev Təhmez Natiq oğlu olduğu müəyyənləşib.
Məlumata görə, hadisə su anbarı hövzəsində mövcud olan çimərlikdə baş verib. Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunaraq axtarış işləri aparıb.
Hazırda hadisənin digər təfərrüatları dəqiqləşdirilir.
Murad İsmayıl
***
17:19
Mingəçevir su anbarında batan var.
Bakıvaxtı.az xəbər verir ki, hadisə su anbarı hövzəsində mövcud olan çimərlikdə qeydə alınıb.
Belə ki, "6-cı buxta" deyilən çimərlikdə batan və kimliyi hələ dəqiqləşdirilməmiş şəxsin axtarışlarına FHN-nin dalğıc-axtarış qrupu cəlb olunub.
Batan şəxsin 22 yaşı olduğu deyilir.
Murad İsmayıl
Bakı 




