• Bakı 23° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Yevlaxda qəzada ölənlər qardaşdırlar

HADİSƏ

13 Avqust 2026 | 10:07 | Müəllif: Əli Hüseynov

Yevlaxda qəzada ölənlər qardaşdırlar

Xəbər verdiyimiz kimi, dünən ölümlə nəticələnə qol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xatırladır ki, rayonun Salahlı kəndi ərazisində 1998-ci il təvəllüdlü Aqşin Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobil Akif Hacıyevə məxsus "Naz Lifan" markalı avtomobillə toqquşub. Nəticədə "Naz Lifan"ın sürücüsü A.Hacıyev və onun qardaşı - 1970-ci il təvəllüdlü Sabir Hacıyev hadisə yerində həyatını itirib.

Avtomobildə olan sərnişinlər sürücünün oğlu Əli Hacıyev, qardaşı oğlanları - 2005-ci il təvəllüdlü Elcan Hacıyev, 2009-cu il təvəllüdlü Nihad Hacıyev və avtomobildə olan həmyerliləri Rza Xurşudov, eləcə də"Mercedes"in sürücüsü Aqşin Hüseynov müxtəlif dərəcəli xəsarət alaraq Yevlax və Mingəçevir xəstəxanalarına çatdırılırblar.

Faktı üzrə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026