• Bakı 19° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldü - YENİLƏNİB + VİDEO

HADİSƏ

12 Sentyabr 2026 | 09:38 | Müəllif: Günəş Mərd

Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldü - YENİLƏNİB + VİDEO

Əslən Ucar rayonunun Şilyan kəndindən olan 67 yaşlı Füzuli Baxışov və onun bacısı, 51 yaşlı Zərnişan Baxışova Rusiyaada faciəvi şəkildə ölüblər. 

Bakıvaxtı.az xəbər verir ki, bədbəxt hadisə Vladimir şəhərində yolda yaranan tıxac zamanı baş verib.

Belə ki, bacı-qardaşın olduğu avtomobil 2 yük maşınının arasında qalıb.

Zərnişan Baxışova hadisə yerində dünyasını dəyişib. Füzuli Baxışov isə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Yanlarında olan digər şəxs isə hazırda xəstəxanada komadadır.

Mərhumların nəşləri bu gün Azərbaycana gətirilib. Füzuli Baxışov və Zərnişan Baxışova Ucarın Şilyan kəndində torpağa tapşırılıblar.

Daha ətraflı “Xəzər TV”nin süjetində:

 

 

 

10 sentyabr, 17:01

Azərbaycanlı bacı-qardaş Rusiyada yol qəzasında ölüblər.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə Vlodimir şəhərində baş verib.

    Belə ki, əslən Ucar rayonunun Şilyan kəndindən olan, 1959-cu il təvəllüdlü Füzuli Baxış oğlu Baxışov və bacısı, 1975-ci il təvəllüdlü Zərnişan Baxış qızı Baxışova yolda yaranmış tıxac zamanı 2 yük maşınının arasında qalaraq ölüblər.

    Onların nəşi bu gün Azərbaycana gətirilərək dəfn edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Oktyabr 2026