Fövqəladə Hallar Nazirliyində (FHN) Baş İdarə ləğv edilib.
Bakıvaxtı.az xəbər verir ki, dövlət qurumlarında aparılan müvafiq struktur islahatları çərçivəsində FHN-nin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsi ləğv olunub.
Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Qeyd edək ki, 24 dekabr 2024-cü ildən sözügedən idarənin rəisi polkovnik Kənan Aşurov idi. O, mərhum hüquqşünas, sabiq polis rəisi İsaxan Aşurovun oğludur./Qaynarinfo
Bakı 



