• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ukrayna hökuməti istefa verdi

DÜNYA

14 Iyul 2026 | 16:26 | Müəllif: Əli Hüseynov

Ukrayna hökuməti istefa verdi

Ukrayna Ali Radası Baş nazir Yuliya Sviridenkonun istefasını təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bununla da hökumət tam tərkibdə istefaya göndərilib.

    Qərar parlamentin iclasında səsvermə yolu ilə qəbul olunub.

    Yuliya Sviridenkonun istefasının lehinə 258 deputat səs verib, 1 deputat əleyhinə çıxıb. 5 deputat bitərəf qalıb, 47 deputat isə səsvermədə iştirak etməyib.

    Yeni Baş nazir təyin olunana və Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılana qədər hökumətə müvəqqəti olaraq Baş nazirin müavini Denis Şmıqal rəhbərlik edəcək.

    Qeyd edək ki, Sviridenko 2025-ci il iyulun 17-dən Ukraynanın Baş naziri vəzifəsində çalışırdı.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    18 Noyabr 2026