• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ərdoğan Qətərə getdi

DÜNYA

14 Iyul 2026 | 18:11 | Müəllif: Subhan Mahmudov

Ərdoğan Qətərə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Dohaya səfər edib.

Bakıvaxtı.az-ın Türkiyə KİV-nə istinadən  məlumatına görə, Ərdoğan mərhum dövlət xadiminin ailəsinə və Qətər rəhbərliyinə başsağlığı çatdırmaq məqsədilə paytaxt Dohaya yollanıb.

Qeyd edək ki, Şeyx Həməd bin Xəlifə Al Tani 1995-2013-cü illərdə Qətərə rəhbərlik edib. O, 2013-cü ilin iyun ayında könüllü şəkildə hakimiyyətdən gedərək əmirlik səlahiyyətlərini oğlu, hazırkı Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə təhvil verib.

74 yaşında vəfat edən keçmiş əmir Dohadakı Lusail qəbiristanlığında dəfn olunub. Onun vəfatı ilə əlaqədar Qətərdə dörd günlük matəm elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026