• Bakı 27° C

    10.08 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Aİ əhalisi 2029-cu ildən etibarən azalacaq - Proqnoz

DÜNYA

14 Iyul 2026 | 17:07

Aİ əhalisi 2029-cu ildən etibarən azalacaq - Proqnoz

Avropa Birliyi (AB) ölkələrinin əhalisinin 2029-cu ildən etibarən azalmağa başlayacaq və yaşlı əhalinin nisbəti sürətlə artacaq.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu, "Aİ-də Demoqrafik Keçid: Dəyişikliyin Anlanılması və Nəticələrinə Uyğunlaşma" adlı hesabatda yer alıb.

Hesabatda qeyd olunub ki, Aİ əhalisinin sayının 2029-cu ildə 453,3 milyon nəfərə çatacağı və ardınca uzun müddət azalacağı proqnozlaşdırılır. Birliyin əhalisinin 2050-ci ildə təxminən 445 milyona, 2100-cü ildə isə 398,8 milyona düşəcəyi və hazırkı səviyyəsindən təxminən 11,7 faiz aşağı düşəcəyi proqnozlaşdırılıb.

Hesabatda həmçinin Avropanın sürətlə qocaldığı vurğulanaraq, AB-də orta yaş həddinin 2025-ci ilə qədər 44,9 yaşa çatacağı bildirilir.

 Aİ-də təbii əhali artımı sürəti, yəni doğum və ölüm arasındakı fərq 2012-ci ildən bəri mənfi olub və son dövrlərdə əhali artımı əsasən miqrasiya ilə bağlıdır.

Bundan başqa,  2100-cü ilə qədər qadınların ömür uzunluğunun 90 il, kişilər üçün isə 86 ili keçəcəyi gözlənilir. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR