• Bakı 28° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

İt qumbaranı oyuncaq bilib evə gətirdi - FOTOLAR

DÜNYA

14 Iyul 2026 | 18:21

İt qumbaranı oyuncaq bilib evə gətirdi - FOTOLAR

Taylandın Sisaket bölgəsində it qumbaranı oyuncaq bilib evə gətirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Mothership” nəşri məlumat yayıb. 

Bildirilib ki, itin sahibi xəstəxanadan evə qayıdarkən həyətində paslı, dəyirmi bir əşya tapıb. O, ilk olaraq bunun sümük və ya plastik olduğunu düşünüb, ancaq onu əlinə götürəndə üstündəki fitili görüb.

İtin sahibinin sözlərinə görə, heyvan bütün səhəri qumbaranı çeynəyərək oynayıb.

O, dərhal qumbaranı həyətindən çıxararaq səlahiyyətli şəxslərə xəbər verib.

Əraziyə gələn polis Çin istehsalı olan qumbaranın işlək vəziyyətdə olduğunu müəyyən edib və onu tarlaya apararaq zərərsizləşdirib./Qafqazinfo

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR