Qəti şəkildə inanıram ki, dünyada xüsusilə gənclər üçün Almaniya qədər gözəl imkanlar təqdim edən ölkələrin sayı çox azdır. Mən uşaqlarıma bu gün ABŞ-a gedib orada təhsil almağı və işləməyi yalnız ona görə tövsiyə etməzdim ki, orada birdən-birə müəyyən sosial mühit formalaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz gənclərlə görüş zamanı deyib.
Almaniya kansleri qeyd edib ki, hazırda Amerikada yaxşı təhsil almış insanlar iş tapmaqda böyük çətinliklərlə üzləşirlər:
“Mən Amerikanın böyük pərəstişkarıyam. Amma hazırda ona olan heyranlığım artmır”.
Bakı 




