Məşhur futbolçu Aleks Oksleyd-Çemberlenlə tanınmış müğənni Perri Edvards evləniblər.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, cütlüyün toyu Portuqaliyanın Estoi kəndində baş tutub.
Məlumata görə, yaxın ailə üzvləri və dostlarının iştirakı ilə sadə nikah mərasimi keçirib.
Toyda futbol dünyasından tanınmış simalar da iştirak edib. Onların arasında Denni Velbek, Kieran Gibbs, Karl Cenkinson və Herrison Rid də yer alıb.

Bakı 



