• Bakı 28° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Avropada anomal istilərdən ölənlərin sayı 14 mini ötüb

DÜNYA

14 Iyul 2026 | 19:26

Avropada anomal istilərdən ölənlərin sayı 14 mini ötüb

Avropada iyunun ikinci yarısında müşahidə olunan ekstremal isti hava şəraiti nəticəsində azı 14 min nəfər həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Nəşrin qiymətləndirməsi istidən ən çox zərər çəkmiş altı ölkə - Fransa, Belçika, Almaniya, Niderland, İspaniya və Böyük Britaniya üzrə artıq ölüm halları ilə bağlı ilkin məlumatlara əsaslanır.

Həmin ölkələrdə artıq ölüm hallarının ümumi sayı 14 min nəfərdən bir qədər çox olub. Ən yüksək göstərici Almaniyada qeydə alınıb - 6,8 min nəfər. Ən aşağı göstərici isə Niderland və İspaniyada olub. Hər iki ölkədə istinin fəsadları nəticəsində min nəfərdən az insanın öldüyü ehtimal edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR