• Bakı 28° C

    5.23 m/s

Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır

DÜNYA

13 Avqust 2026 | 18:28

Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır

Bolqarıstan Orta Dəhliz, İnkişaf Yolu və Müasir Hicaz Dəmir Yolunun Avropadakı mühüm tərəfdaşıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Bolqarıstanın Baş naziri Rumen Radevlə görüşünün yekunlarına dair "X" sosial şəbəkə hesabında bildirib.

"Bolqarıstanın Baş naziri Rumen Radev ilə nəqliyyat əlaqələrimizi və regional əməkdaşlığımızı qiymətləndirdik", - o yazıb.

A. Uraloğlunun sözlərinə görə, avtomobil və dəmir yollarında sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyəti artırılacaq. Bunun üçün yeni sərhəd qapıları və əlaqələr yaradacaq addımlar üzərində iş gedir:

"Türkiyə ilə Bolqarıstan arasındakı nəqliyyat əlaqələrini gücləndirərək bölgəmizin ticarətini, hərəkətliliyini və inkişafını daha da irəli aparacağıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR