• Bakı 27° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.9387

    RUB - 2.2134

Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək

DÜNYA

14 Iyul 2026 | 19:40

Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında yalnız İranla əlaqəli gəmilərə qarşı tam blokada tətbiq ediləcəyini açıqlayıb.

Bakıvaxtı.az bildirir ki, Tramp bu barədə özünün "Truth Social" hesabında yazıb.

O, bildirib ki, ABŞ Silahlı Qüvvələrinin fəaliyyəti nəticəsində Hörmüz boğazı İran istisna olmaqla, bütün beynəlxalq gəmiçilik üçün açıqdır.

"Biz tam blokada tətbiq edəcəyik, lakin bu yalnız İran limanlarına gedən və ya oradan çıxan gəmilərə, eləcə də İran yükləri daşıyan gəmilərə şamil olunacaq", - Tramp vurğulayıb./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR