Rusiya ordusu irəliləməyə davam edir və ölkəni qələbə gözləyir.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Qərbin müqavimətinə baxmayaraq, Rusiya inkişafını davam etdirir:
"Kollektiv Qərbin rusofob və aqressiv hissəsi Rusiyaya qarşı mübarizə aparır. Tez-tez soruşurlar ki, necə olur ki, guya kollektiv Qərbin bütün rusofob və aqressiv hissəsi bizə qarşı mübarizə aparır?! Biz iqtisadiyyatımızı inkişaf etdirməyə, maliyyə sistemimizi gücləndirməyə, silahlı qüvvələrimizi təkmilləşdirməyə və hərbi-sənaye sahəsində yeni nəticələr əldə etməyə davam edirik. Biz irəliləyirik. Döyüşçülərimiz irəliləyirlər. Buna görə də bizi qələbə gözləyir".
Gülşən Şərif
Bakı 



